Azedu.az

Qarabağ Universitetinə keçid balları ilə bağlı yayılan məlumatlar YALANDIR

Universitetlər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

15 Yanvar 2024, 11:40
Qarabağ Universitetinə keçid balları ilə bağlı yayılan məlumatlar YALANDIR

Son günlər sosial şəbəkələrdə Qarabağ Universitetinin qruplar üzrə keçid balları haqqında məlumatlar yayılmağa başlayıb.

 

Belə ki, rəsmi informasya mənbələrində verilməyən bu məlumat insanlar arasında çaşqınlığın yaranamasına səbəb olub.

 

Maraqlıdır, bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə qeyd edib ki, keçid balı əvvəlcədən müəyyən oluna bilməz:

 

“Bununla bağlı yayılan istənilən informasiya doğru deyil. Keçid balı müsabiqə aparıldıqdan sonra formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir”, -deyə fikrini yekunlaşdırıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox