Abşeron- Xızı Regional Təhsil İdarəsi "Sertifikasiya 2024" adlı təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı görüşlərə start verib.
İdarədən AzEdu.az-a bildirilib ki, Dekabrın 22- də Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib. Görüşdə 500 nəfərdən çox müəllim iştirak edib
.