Azedu.az

Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir

Bağçalar

Maraqlı

24 Dekabr 2023, 09:49
Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

 

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslərin yenidən müraciəti mümkündür. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox