Azedu.az

VII Uşaq Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

23 Dekabr 2023, 16:18
VII Uşaq Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb

Sumqayıtdakı Paralimpiya Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində ölkənin müxtəlif regionlarından 18 yaşadək olan 120 gənc paralimpiyaçı qalib adı uğrunda mübarizə aparıb.

 

 

Yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökumət nümayəndələri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

 

 

AzEdu.az xəbər verir ki, çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından danışıblar.

 

 

Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb.

 

Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub.

 

 

VII Uşaq Paralimpiya İdman Oyunlarının da ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, yarış iştirakçılarına uğurlar arzu edilib.

 

 

Sonra yarışa start verilib.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox