Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "Məclisi-üns"layihəsi Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyada həyata keçirilib.
AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi şagirdlərdə nitq bacarıqlarının inkişaf etdirilməsi,bu sahədə olan problemləri həll etmək olub.
Layihədə nitq üzrə təlimləri nitq təlimçisi, İctimai televiziyanın əməkdaşı Nuranə Abıyeva tərəfindən keçirilib.Nitq təlimləri ilə yanaşı iştirakcikara gimnaziyanın psixoloqu Arzu Əliyeva tərəfindən təlimlər keçirilib.Layihə çərçivəsində"Ən yaxşı təqdimat"müsabiqəsi təşkil olunub.Layihənin bağlanış mərasimində qaliblərin adı açıqlanıb və mükafatlandırılıb.Layihənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.