Azedu.az

Yasamalda yeniyetməyə qarşı cinayət törədilib

Məktəblər

21 Dekabr 2023, 10:09
Yasamalda yeniyetməyə qarşı cinayət törədilib

Dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə DİN-dən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki,  Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini 1997-ci il təvəllüdlü R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.



Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox