Azedu.az

Bakıdakı 62 məktəbdə şagird davranış qaydaları tətbiq olunur

Məktəblər

19 Dekabr 2023, 15:32
Bakıdakı 62 məktəbdə şagird davranış qaydaları tətbiq olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olunur.

 

Bu barədə AzEdu-a BŞTİ-dən məlumat verilib.

 

Bildirilib ki, qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, eləcə də valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox