Azedu.az

Orta məktəblərdə telefondan istifadə qadağan olundu

Məktəblər

Maraqlı

19 Dekabr 2023, 15:06
Orta məktəblərdə telefondan istifadə qadağan olundu

Rusiya Prezidenti Vladimir Putin məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu imzalayıb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.

 

Qanun həyat və sağlamlıq üçün təhlükə yaradan fövqəladə hallar istisna olmaqla, məktəblərdə dərs zamanı mobil telefondan istifadəni qadağan edir.

 

Qanunun qəbulunun təşəbbüsünün müəllifi, Dövlət Dumasının Təhsil Komitəsinin rəhbəri Olqa Kazakovadır.

 

Rusiyanın təhsil naziri Sergey Kravtsov vurğulayıb ki, valideynlər övladları ilə əlaqə saxlayacaqlar, lakin dərs zamanı məktəblilər yalnız müəllimin icazəsi ilə telefondan istifadə edə biləcəklər. 

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox