Azedu.az

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Oktyabr 2018, 10:47
Dövlət İmtahan Mərkəzində növbəti TOEFL imtahanı keçiriləcək

Oktyabrın 20-də TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, imtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün //dim.gov.az/activities/exams/toefl/  linkinə daxil ola bilərsiniz.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox