Azedu.az

Nazir müvini: Şagirdlərə məcburi şəkildə vəsait aldırılması doğru deyil 

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

18 Dekabr 2023, 11:19
Nazir müvini: Şagirdlərə məcburi şəkildə vəsait aldırılması doğru deyil 

Bəzi məktəblərdə şagirdlərə əlavə dərsliklərin aldırılması ilə bağlı tələblərə nazirlikdən münasibət bildirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müvini Həsən Həsənli jurnalistlərə açıqlamasında məlumat verib.

 

"Biz müəllimlərə uşaqları daha yaxşı öyrətməyin deyə bir göstəriş verə bilmərik. Dərsliklər hazırlanır, bütün məktəblərə də çatdırılır. Bu istiqamətdə son illərdə xeyli işlər görülüb. Düşünmürəm ki, bu barədə ciddi şikayətlər var. Bu istiqamətdə narazılıqlar varsa, aidiyyəti üzrə bizə müraciətlər oluna bilər. Amma tədris üçün faydalı ola biləcək hər hansı əlavə vəsaitin məcburi şəkildə aldırılması məqsədəmüvafiq deyil, müsbət qarşılanmır. Amma biz müəllimlərə desək ki, nəyisə etməyin və ya uşaqları yaxşı öyrətməyin, bu, yaxşı mesaj olmaz" - o qeyd edib.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox