Bu gün filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın doğum günüdür.
AzEdu.az xəbər verir ki, Paşayeva Nərgiz Arif qızı 13 dekabr 1962-ci ildə Bakıda doğulub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.
1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu”adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə edib.
23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb.
2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib.
11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunub.
2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.
30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
Akademik Arif Paşayevin qızıdır.
Nərgiz Paşayevanın 3 övladı (Ülvi Mahmudov adlı oğlu, Ülviyyə Rəhmanova, Aida Mahmudova adlı qızları) var.