Azedu.az

Zabux kənd tam orta məktəbi fəaliyyətə BAŞLAYIB

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

13 Dekabr 2023, 11:21
Zabux kənd tam orta məktəbi fəaliyyətə BAŞLAYIB

Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

"Təhsil Qarabağa qayıdır", - deyə agentlik qeyd edib. 

 

176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox