Azedu.az

Gənc paracüdoçular iki gümüş medal qazandılar

Maraqlı

Müəllimlər və elm adamları

4 Dekabr 2023, 15:05
Gənc paracüdoçular iki gümüş medal qazandılar

Azərbaycan paracüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə iki gümüş medal qazanıblar.

 

AzEdu.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli həlledici raundda özbəkistanlı rəqibi Kemran Nurillayevə məğlub olaraq gümüş medalın sahibi olub.

 

Qadınlardan Şəhanə Hacıyeva (48 kiloqram) isə final görüşündə qazaxıstanlı Nautbek Akmarala uduzub və ikinci yeri tutub.

 

Qeyd edək ki, J2 kateqoriyasında mübarizə aparan hər iki idmançı 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarının qalibi olub.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox