Azedu.az

SAF 2023 həyəcanı başlayır

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

4 Dekabr 2023, 10:42
SAF 2023 həyəcanı başlayır

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır. 

 

Azedu.az xəbər verir ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive”  “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcək. 

 

Festivalın final mərhələsində 11 ölkə təmsil olunur. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq.

 

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox