Azedu.az

Məktəblərdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

29 Noyabr 2023, 15:28
Məktəblərdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

2023–2024-cü tədris ilində ölkə üzrə 500-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunacaq.

 

 

AzEdu.az xəbər verir ki, rəqəmsal məktəbdaxili qiymətləndirmə həyata keçirilən ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.

 

 

Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində V-VI siniflərdə təhsil alan şagirdlərdən 55 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.

 

 

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox