Azedu.az

Azərbaycanda sürətlə irəliləyən universitetin adı açıqlandı

28 Noyabr 2023, 13:33
Azərbaycanda sürətlə irəliləyən universitetin adı açıqlandı

“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, SDU əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəsissə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlib. Ali təhsil müəssisələri reytinqində isə 31-ci yerdən 16-cı yerə yüksəlib. Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınıb.

 

Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır. Qeyd edək ki, reytinq siyahısı hazırlanarkən Azərbaycanın 84 elmi institut və universitetinin elmi fəaliyyəti analiz edilib.

 

Sumqayıt Dövlət Universitetinin Reytinqdə milli H-indeksi (National H-index) 7-ə bərabərdir.

 

Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqidir.

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox