Azedu.az

DİM-də imtahan keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

26 Noyabr 2023, 16:12
DİM-də imtahan keçirilib

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 4 həftə ərzində elan olunacaq.

 

AzEdu.az xəbər verir ki Dövlət İmtahan Mərkəzi tərəfindən 26 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İlkin məlumata əsasən, 1 namizəddə qulaqlıq aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan halla bağlı araşdırma aparılır.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 4 həftə ərzində elan olunacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox