Azedu.az

Təhsil İdarəsinin müdiri 9-cu sinif şagirdini döyüb?

25 Noyabr 2023, 22:00
Təhsil İdarəsinin müdiri 9-cu sinif şagirdini döyüb?

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

 

 

 

AzEdu.az xəbər verir ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

 

 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

 

 

 

Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox