Ölkəmizdə ilk dəfə olaraq 21 yaşa qədər gənclər arasında 3D rəqəmsal oyun sənəti üzrə “Skills Azərbaycan 2023” milli yarışı keçirilib.
Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yarış Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” təşkilatı və “Dynamic Box Studio”nun əməkdaşlığı çərçivəsində keçirilib.