Azedu.az

Sonuncu kurs tələbələri dövlət qulluğuna imtahan verə bilər? – DİM- dən CAVAB

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət qulluğu

Tələbə və şagird

21 Noyabr 2023, 12:51
Sonuncu kurs tələbələri dövlət qulluğuna imtahan verə bilər? – DİM- dən CAVAB

Ali məktəblərdə təhsil alan sonuncu kurs tələbələri dövlət qulluğu imtahanında iştirak etmək haqqında düşünür.

 

Bəs həmin şəxslər dövlət qulluğuna qəbul imtahanında iştirak edə bilərlərmi?

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bakalavriat səviyyəsinin sonuncu kursunda oxuyan şəxslər dövlət qulluğuna qəbul imtahanında iştirak edə bilməz.

 

“Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur. Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 iş günü müddətində Dövlət İmtahan Mərkəzinin saytında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti də əlavə edilməlidir”- deyə mərkəzdən qeyd olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox