Azedu.az

Pedaqoji ictimaiyyətin nəzərinə: İngilis dili fənni üzrə seminar canlı yayımlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Oktyabr 2018, 16:53
Pedaqoji ictimaiyyətin nəzərinə: İngilis dili fənni üzrə seminar canlı yayımlanacaq

Oktyabrın 22-də ingilis dili fənni üzrə keçiriləcək seminar Dövlət İmtahan Mərkəzinin (DİM) saytı vasitəsilə canlı yayımlanacaq.

DİM-dən AzEdu.az-a bildirilib ki, seminarın gündəliyinə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında yoxlanılması mümkün olan alt standartlar və mövzular (buraxılış imtahanlarının proqramları), “Dinləyib-anlama”, “Oxu” və “Yazı” üzrə bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə dair mətn və tapşırıqlar kimi məsələlər daxildir.

Seminar saat 11:00-da DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasında – akt zalında keçiriləcək.

Seminarda iştirak sərbəstdir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox