Azedu.az

Tehranda ibtidai siniflər onlayn dərsə keçir

Məktəblər

Maraqlı

14 Noyabr 2023, 14:21
Tehranda ibtidai siniflər onlayn dərsə keçir

İranın paytaxtı Tehranda havanın çirklənməsinin artması ilə əlaqədar sabah ibtidai siniflər onlayn dərs keçəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Tehranın havanın çirklənməsi ilə bağlı fövqəladə vəziyyətlərin əlaqələndirilməsi üzrə işçi qrupu qərar verib.

 

Qərara əsasən, Tehranda bütün məktəbəqədər və ibtidai siniflər üzrə dərslər onlayn keçiriləcək.

 

Qeyd edək ki, havanın çirklənməsi ilə bağlı bu gün İsfahanın bəzi şəhərlərində bütün məktəblər bağlanıb. Ölkənin Meteorologiya Təşkilatı Tehranda havanın çirklənməsinin həyəcanverici mərhələyə çatdığını bildirib.

 

Vətəndaşlara avtomobillərin hərəkətini azaltmaq, açıq havada fiziki və idman fəaliyyətlərindən çəkinmək tövsiyə edilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox