Azedu.az

İmişlidə kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

7 Noyabr 2023, 17:45
İmişlidə kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

İmişli rayon Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

 

 AzEdu.az xəbər verir ki, bu barədə  İmişli Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən süi-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox