Azedu.az

Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır

Məktəblər

Maraqlı

30 Oktyabr 2023, 15:07
Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadaları (RFO) fənn hazırlıqları üçün müəllim seçimi imtahanı təşkil olunacaq.

 

Azedu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

 

Noyabrın 14-də keçirilməsi nəzərdə tutulan imtahan 8 fənn üzrə olacaq. Hər bir fənn üzrə imtahan 30 sualdan ibarətdir. İnformatika fənni üzrə imtahan isə onlayn şəkildə (//www.eolymp.com/en/ saytı vasitəsilə) aparılacaq.

 

Respublika Fənn Olimpiadaları fənn hazırlıqları müəllim seçimi üçün iştirak forumuna qatılmaq istəyənlər noyabrın 5-dək //forms.gle/P95guXzR264JoXRe9 linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox