Azedu.az

Vergi orqanlarına işə qəbul üzrə imtahan keçiriləcək 

Universitetlər

Maraqlı

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

30 Oktyabr 2023, 14:59
Vergi orqanlarına işə qəbul üzrə imtahan keçiriləcək 

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 5 noyabr 2023-cü il tarixində test imtahanı keçirəcək.

 

AzEdu.az xəbər verir ki, imtahan iştirakçıları bu linkə daxil olaraq  buraxılış vərəqələrini  çap edə bilərlər.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox