Azedu.az

Sertifikasiyadan kütləvi narazılıq - “Əməkhaqqı bölgüsü ədalətsizdir”

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Təhsil ekspertləri

26 Oktyabr 2023, 15:05
Sertifikasiyadan kütləvi narazılıq - “Əməkhaqqı bölgüsü ədalətsizdir”

Sertifikasiya imtahanlarının nəticələrinə əsasən Elm və Təhsil Nazirliyi tərəfindən differensial əməkhaqqı artımı tətbiq olunur. Əməkhaqqının artırılma faizi isə düzgün cavablandırılan və toplanılan balın miqdarından asılı olaraq dəyişir. 51 baldan yuxarı toplayan müəllimlərin əməkhaqqına 35%, 50 baldan aşağı isə 10% artım tətbiq olunur.

 

Bu şəkildə artım edilməsi bəzi müəllimlər tərəfindən narazılıqla qarşılanır. Onların sözlərinə görə, 48-49 bal toplayan müəllim sualları 80% düzgün cavablandırılmış hesab olunur. 80% doğru cavab üçün isə 10 % artım azdır. 

 

Mövzu ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini AzEdu.az-a bölüşüb.

 

Ekspert təklif edir ki, hazırkı durumda əməkhaqqının artırılması sertifikasiya yolu ilə həyata keçirildiyi üçün sertifikasiya imtahanlarının mexanizmi təkmilləşdirilsin:

 

“Mövcud qaydalara əsasən differensial sistemdə 35 faiz artım var. Praktiki olaraq 60 sualın 50-nə doğru cavab verən müəllimlə, 60 sualın 30-na cavab verərək 30 faiz nəticə göstərmiş müəllimin əməkhaqqısı eyni artır, yəni 10 %. 51 doğrusu olan müəllimə 35 faiz, 50 doğrusu olanın əməkhaqqında 10 % artım var. 50, 49, 48 - bunlar 80 faizdən yüksək ballardır. Kembric qiymətləndirilmə sistemində 80 faizdən yuxarı göstərici üstün qiymətləndirmə intervalı hesab olunur. Bütövlükdə indeksasiyada qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var. 80 faizdən yüksək bal toplamış müəllimlərimizin hamısının əməkhaqqısında 35 faiz artımın tətbiq edilməsi vacibdir. Eyni zamanda 30-48 bal intervalında əməkhaqqı artımı ilə bağlı digər intervalların müəyyənləşdirilməsi və burada differensial əməkhaqqı artımının tətbiq edilməsi vacibdir. Bütün bunların tətbiq edilməsi müəllimlərin orta aylıq əməkhaqqının artması və bütövlükdə təhsilverənlərin sosial təminatının yaxşılaşmasına gətirib çıxara bilər”.

 

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox