Azedu.az

DİM dövlət qulluqçuları üçün keçirilən təlimlərə start verib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Oktyabr 2023, 16:02
DİM dövlət qulluqçuları üçün keçirilən təlimlərə start verib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

 

Azedu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

 

Təlimlərin 23 - 27 oktyabr 2023-cü il tarixləri aralığında Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarında təşkil olunması nəzərdə tutulub.

 

Lənkəran-Astara iqtisadi rayonu üzrə ilk təlimlər 23 oktyabr tarixində Lənkəran şəhər 1 saylı orta məktəbdə “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında, Astarada Heydər Əliyev Mərkəzində “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında, həmçinin Masallıda Heydər Əliyev Mərkəzində “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təşkil olunub. Təlimlərdə dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələri iştirak ediblər.

 

Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

 

Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox