Azedu.az

Rəhbər və metodistləri üçün təlimlər

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

24 Oktyabr 2023, 12:16
Rəhbər və metodistləri üçün təlimlər

“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlimlər davam edir.

 

AzEdu.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün keçirilən növbəti təlim Nərimanov rayonu üzrə körpələr evi və uşaq bağçalarını əhatə edib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin (TDM) bölmə rəhbəri Fərqanə Seyidli və TDM-in psixoloqu Heyran Səfərova məktəbəqədər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsində pedaqoji liderliyin və heyətin rolu, valideynlərlə münasibətlərin tənzimlənməsində peşəkar etikanın əhəmiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

 

Təlimlərin paytaxtdakı digər dövlət məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox