Azedu.az

Riyaziyyat fənnindən beynəlxalq olimpiada keçiriləcək

Məktəblər

19 Oktyabr 2023, 16:38
Riyaziyyat fənnindən beynəlxalq olimpiada keçiriləcək

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalarda məktəblilərimizin nailiyyətləri ildən ilə artmaqdadır. Şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən dərslərə qoşulmaqla ilboyu hazırlıqlarını davam etdirirlər.

 

AzEdu.az xəbər verir ki, 2023-2024 tədris ili üçün 29 oktyabr saat 10:00-da aşağı yaş qrupu üzrə (8-ci və 9-cu siniflər) riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanının ilk mərhələsi onlayn qaydada təşkil olunacaq. Həmin imtahana qeydiyyatdan keçərkən mütləq qaydada işlək email ünvanının qeyd olunması xahiş olunur. Uğurlu nəticə göstərən şagirdlərə növbəti mərhələ ilə bağlı məlumat həmin email ünvanına göndəriləcək. İmtahana keçid linki aşağıda qeyd edilib:

 

//bit.ly/48TzSi9

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox