Azedu.az

Məktəb rəhbərliyi şagirdləri pirə aparıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

19 Oktyabr 2023, 11:16
Məktəb rəhbərliyi şagirdləri pirə aparıb

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

 

İdarədən bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

 

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb" - deyə cavabda qeyd olunub.

 
Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox