Azedu.az

İki avtomobil toqquşub, azyaşlı xəsarət alıb 

Məktəblər

Maraqlı

16 Oktyabr 2023, 12:46
İki avtomobil toqquşub, azyaşlı xəsarət alıb 

Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

 

 AzEdu.az xəbər verir ki, bu barədə  DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Belə ki, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib.

 

Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox