"Bağça müəllimlər üçün sertifikasiya imtahanının keçirilməsi gözlənilir".
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova “Tərbiyəçi-müəllimə peşəkar inkişaf lazımdırmı?” mövzusunda keçirilən onlayn təhsil masasında söyləyib.
"Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Sektor müdiri xatırladıb ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatır.