Azedu.az

15 yaşlı məktəbli itkin düşüb

12 Oktyabr 2023, 09:04
15 yaşlı məktəbli itkin düşüb

Bakının Sabunçu rayonunda 15 yaşlı qız itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Aydan Əsədova sentyabrın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Əsədova əvvəllər də dəfələrlə evdən çıxıb gedib, lakin bir neçə gündən sonra geri dönüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox