Azedu.az

Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu başa çatır

11 Oktyabr 2023, 16:46
Bağça müəllimi olmaq istəyənlər üçün sənəd qəbulu başa çatır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox