Azedu.az

Avtomobil məktəblini vuraraq öldürüb

9 Oktyabr 2023, 15:10
Avtomobil məktəblini vuraraq öldürüb

Lənkəran rayonunda avtomobil 12 yaşlı piyadanı vuraraq öldürüb.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib.

 

Belə ki, "Mercedes" markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli - Nəzərzadə Süleyman Məhəmməd oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə kerində ölüb.

 

Şahidlərin bildirdiyinə görə yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən "Mercedes" onu vurub.

 

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox