Azedu.az

Şərqi Zəngəzurda təhsil alan şagirdlərin sayı AÇIQLANIB  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

9 Oktyabr 2023, 10:27
Şərqi Zəngəzurda təhsil alan şagirdlərin sayı AÇIQLANIB  

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Prezident İlham Əliyevin sərəncamına əsasən Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, və Cəbrayıl rayon təhsil şöbələrinin əsasında yaradılıb.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində 318 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Bəs bu məktəblərdə nə qədər şagird təhsil alır?

 

Sözügedən mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, ümumi idarə üzrə şagirdlərin sayı 53828 nəfərdir.

 

"Cəbrayıl rayonu üzrə 9279 , Kəlbəcər rayonu üzrə 15054, Qubadlı rayonu üzrə 10912 , Laçın rayonu üzrə 13656, Zəngilan rayonu üzrə isə 4927 təhsilalan mövcuddur"- deyə idarədən bildirilib.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox