Azedu.az

“Karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Sentyabr 2023, 17:30
“Karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib

22 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Karyeranın planlaşdırılması” mövzusunda 4 saatlıq təlim təşkil edilib. Təlimdə Müdafiə Sənayesi Nazirliyinin 19 əməkdaşı iştirak edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlim zamanı iştirakçılara karyera ilə əlaqədar nəzəri və praktiki məsələlər, səriştələr, təşkilati mədəniyyət mövzuları, eləcə də dövlət qulluqçularının karyera inkişaf planı haqqında məlumat verilib. Eyni zamanda, əməkdaşlarla müxtəlif komanda işləri aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. 

 

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən bu və digər mövzularda mütəmadi təlimlər təşkil olunur.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox