Azedu.az

Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq? – Rəsmi  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

22 Sentyabr 2023, 15:22
Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq? – Rəsmi  

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsində diaqnostik qiymətləndirmə balı və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında topladığı bal nəzərə alınır.

 

Bəs növtəbi illərdə bu prosesdə sertifikasiya balı nəzərə alınacaq?

 

AzEdu.az-ın məlumatına görə, sözügedən mövzu ilə bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli açıqlama verib:

 

“Sertifikasiyadan hələ ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri keçib. Ona görə digər müəllimlərlə qeyri-bərəbərlik yaranmasın deyə, bu il sertifikasiya balının iş yerinin dəyişdirilməsində nəzərə almadıq. Düşünürəm ki, növbəti illərdə , sertifikatlaşdırma yekunlaşdıqdan sonra, müəllimlər sertifikasiya balından istifadə edə biləcəklər. Amma bu il üçün nəzərdə tutulmur".

Trampdan Putini dəli edən sözlər-Ukraynaya ŞOK dəstək
Son xəbərlərDaha çox