Azedu.az

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

20 Sentyabr 2023, 14:51
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

 

Qeydiyyatla bağlı təlimat videosunu linkə daxil olmaqla izləmək mümkündür: //youtu.be/UzutAmMm7T0

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox