Bakının Qaradağ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Cabbarova Zəhra Anar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.