Balakəndə 10 yaşlı uşağı maşın vurub, vəziyyəti ağırdır.
AzEdu.az xəbər verir ki, hadisə Balakən şəhəri Rafiq Səmədov küçəsində baş verib.
Rayon sakini Nurullah Ramazan oğlu Dibirob idarə etdiyi “QAZ-31” markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.