Azedu.az

...Metodist xidmətinin pilot tətbiqinə başlanılacaq

11 Sentyabr 2023, 12:05
...Metodist xidmətinin pilot tətbiqinə başlanılacaq

Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq.

 

E.Əmrullayev vurğulayıb ki, Azərbaycan dili fənni ilə bağlı problemlər kifayət qədərdir: "Bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox