Azedu.az

Bu sinfin şagirdləri 100 faiz nəticə göstərib

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Uğur hekayələri

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

4 Sentyabr 2023, 17:41
Bu sinfin şagirdləri 100 faiz nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.

 

AzEdu.az xəbər verir ki, sözügedən təhsil müəssisələri arasında Bakı şəhəri Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin 11a sinifi də daxildir.

 

Bu sinifin şagirdlərinin hamısı ali təhsil müəssisələrinə qəbul olunub. Onlar yüksək nəticə ilə hazırda Bakı Mühəndislik Universiteti (BMU), ADA, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və.s qəbul olunublar.

 

Xatırladaq ki, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, və 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar. Bundan əlavə, 287 nömrəli "Zəkalar" liseyinin isə 5 sinfi yüz faiz nəticə göstərib.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox