Azedu.az

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Maraqlı

Peşə Təhsili

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Avqust 2023, 11:17
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Müsabiqədə uğur qazanan namizədlərin peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesi avqustun 30-dək davam edəcək.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu prosesində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri də iştirak edirlər. Ödənişli əsaslara peşə təhsili almaq hüququ qazanmış tələbələrə təhsil tələbə kreditinin yaratdığı imkanlar haqqında məlumat verilir, müraciət prosesi valideyn və tələbələrə izah olunur.

 

Namizədin göstərilən tarixədək sənədlərini qəbul olunduğu peşə məktəbinə təqdim etməməsi həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox