Azedu.az

Kolleclərə yenidən ixtisas seçimi nə zaman olacaq ? - DİM

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

29 Avqust 2023, 11:01
Kolleclərə yenidən ixtisas seçimi nə zaman olacaq ? - DİM

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi 7 avqust tarixində yekunlaşdı.

 

 

İxtisas seçimində yenidən iştirak etmək istəyən namizədlər boş qalan yerlərə qəbulun nə zaman olacağı barədə kütləvi suallar ünvanlayırlar.

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2023-cü il avqustun 31-dən sentyabrın 4-dək aparılacaq.

 

 

Qeyd edək ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox