Azedu.az

lll qrup: 373 nəfər 600-dən çox bal toplayıb

Məktəblər

Universitetlər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

25 Avqust 2023, 11:09
lll qrup: 373 nəfər 600-dən çox bal toplayıb

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında üçüncü ixtisas qrupunun DT altqrupunda 367, TC altqrupunda isə 6 nəfər olmaqla Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 373 abituriyent 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il III qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox