Azedu.az

“4Sİ Akademiyası” layihəsi: təlimlərə qeydiyyat başladı

24 Avqust 2023, 14:17
“4Sİ Akademiyası” layihəsi: təlimlərə qeydiyyat başladı

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb.

 

Təhsilin İnkişafı Fondundan AzEdu.az-a bildirilib ki, sentyabrın 7-dək qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra biləcək.

 

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox