Dövlət İmtahan Mərkəzi 27 avqust 2023-cü il tarixində Kembricin TKT imtahanını keçirəcək.
AzEdu.az xəbər verir ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi 27 avqust tarixində ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
TKT Modul 1
TKT Modul 2
TKT Modul 3
TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)
Kağız əsaslı TKT imtahanı 27 avqust 2023-cü il tarixində saat 09:00-da DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
Qeyd edək ki, imtahan iştirakçıları 27 avqust saat 08:00-dən gec olmayaraq şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, həmçinin imtahanda iştirak üçün təsdiq sənədi ilə birlikdə imtahanın keçiriləcəyi müvafiq binada olmalıdırlar.
Kembric imtahanları barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.