Azedu.az

Şuşa və Füzulidə çalışacaq müəllimlərin vakansiya SEÇİMİ... 

21 Avqust 2023, 11:20
Şuşa və Füzulidə çalışacaq müəllimlərin vakansiya SEÇİMİ... 
Bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verildi.
 
 
Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
 
 
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Nəzərinizə çatdırırıq ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilmişdir.
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox