Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və lll qruplar üzrə statistik məlumatların olduğu “Abituriyent” 4 nömrəli jurnal ötən günlərdə satışa çıxarılıb.
Abituriyentlər sözügedən jurnaldan istifadə edərək, ixtisas seçimini daha dəqiq və düzgün apara bilərlər.
Xəbər verdiyimiz kimi, ixtisas seçimi bu gündən başlayır və avqustun 28-nə qədər davam edəcək.
Prosesin başlamasına baxmayaraq hələ də l və lV qrupların statistika jurnalı satışa buraxılmayıb.
Bəs sözügedən jurnal nə zaman nəşr olunacaq?
DİM-dən AzEdu.az-a bildirilib ki, l və lV qruplar üzrə statistik məlumatlar barədə avqust ayının 18-nədək məlumat veriləcək.